Böyük Britaniya Müdafiə Nazirliyi Almaniya Hərbi Dəniz Qüvvələrinin təyyarələrinin Rusiya Hərbi Dəniz Qüvvələrinin sualtı qayıqlarını "izləmək" üçün Şimali Atlantika üzərində Kral Hərbi Hava Qüvvələrinin (RAF) missiyalarına qoşulacağını açıqlayıb.
1xeber.media xəbər verir ki, bu barədə Böyük Britaniya Müdafiə Nazirliyinin bəyanatında deyilir.
"Böyük Britaniya və Almaniya Rusiya sualtı qayıqlarını birgə izləyəcək. Önümüzdəki aylarda Almaniya Hərbi Dəniz Qüvvələrinin Boeing P-8 Poseidon anti-sualtı patrul təyyarələrindən biri Şimali Atlantikada Kral Hərbi Hava Qüvvələri ilə gələcək birgə əməliyyatlar öncəsi ilk dəfə Lossiemouth-a səfər edəcək", - məlumatda əlavə edilib.
Bundan əvvəl Kral Hərbi Dəniz Qüvvələri NATO əməliyyatları çərçivəsində Rusiya donanmasının vitse-admiral Kulakov gəmisini izlədiyini bildirib. İddialara görə, Britaniya esminesi Rusiya gəmisini Şimal dənizindən Manş boğazı vasitəsilə Fransa sahillərindəki Uessant adasına qədər təqib edib. Rus gəmisinə hava dəstəyi və müşahidəsini təmin etmək üçün Wildcat helikopteri də yerləşdirilib.