"Meydan TV"nin həbsdə olan jurnalisti Aytac Tapdıq təcridxanada nikaha girmək istəyir.
1xeber.media xəbər verir ki, bu barədə onun nikaha girmək istədiyi şəxs, heyvan haqları fəalı Kamran Məmmədli “Azadlıq” radisuna bildirlib.
Oktyabrın 23-də Xətai rayon Məhkəməsində Aytac Tapdıqın saxlanıldığı təcridxanada nikaha girə bilməməsi üzrə şikayətinə baxılıb.
K.Məmmədlinin sözlərinə görə, məhkəmə iclasında həm A.Tapdıq, həm özü müdafiə çıxışları edib.
Fəal bildirib ki, yekunda hakim onların əleyhinə qərar çıxarıb:
"Hələlik qərarın surəti bizə təqdim edilməyib. Təqdim edildikdən sonra görəcəyik ki, ilk dəfə mahiyyəti üzrə baxıldıqdan sonra məhkəmə iki vətəndaşın nikah bağlaması əleyhinə necə qərar çıxara bilib? Üç gün içində qərar bizə təqdim ediləcək və ondan apelyasiya şikayəti verəcəyik".

















