Rusiya azərbaycanlı jurnalist Ruslan Süleymanovu "xarici agent" elan edib.
1xeber.media xəbər verir ki, jurnalistin adı Rusiya Ədliyyə Nazirliyinin yenilənmiş "xarici agentlər" reyestrinə daxil edilib. Bundan başqa, jurnalist İrina Novik (Kuzmiçeva), jurnalist Nino Rosebaşvili, bloger Dmitri Çernışevski "xarici agent" elan ediliblər.
Rusiya hakimiyyəti qeyd edib ki, bu şəxslər Rusiya siyasəti haqqında yalan məlumat yayır və digər xarici agentlər, arzuolunmaz təşkilatlarla əməkdaşlıq edirlər.
Qeyd edək ki, 30 yaşlı Ruslanın atası azərbaycanlı, anası ukraynalıdır. O, ayrı-ayrı vaxtlarda TASS, "Vaşinqton Post"," CNN" kimi nüfuzlu media orqanlarında çalışıb. Rusiyanın Ukraynaya qarşı hərbi əməliyyatları başladıqdan sonra TASS-dan ayrılan Ruslan hazırda Bakıda yaşayır. O, Azərbaycan dilindən başqa, daha 6 dildə - türk, ərəb, alman, fransız, fars, rus dillərində sərbəst danışır.

















