Pakistan Xarici İşlər Nazirliyi və Əfqanıstan rəsmiləri Pakistan-Əfqanıstan danışıqlarının ikinci raundunun Türkiyədə keçiriləcəyini bildiriblər.
1xeber.media xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat dərc edib.
Pakistan Xarici İşlər Nazirliyinin sözçüsü Tahir Hüseyn Andrabi paytaxt İslamabadda jurnalistlərə bildirib ki, keçirilən görüşün məqsədi sərhədyanı terrorizmin qarşısını almaq üçün “konkret və yoxlanıla bilən monitorinq mexanizmi” yaratmaqdır.
Onun sözlərinə görə, görüş İstanbulda baş tutacaq.
















