Pakistanın şərqindəki Pəncab əyalətində yük maşını ilə mikroavtobus toqquşub.
1xeber.media xəbər verir ki, bu barədə ölkənin "1122" xilasetmə xidmətinin rəsmi nümayəndəsi məlumat verib.
Məlumata görə, qəza Hafizabad yolunda, Qucranvala rayonunun Kila Divan Sinqh ərazisi yaxınlığında baş verib.
Sürətlə hərəkət edən yük maşını içində bir ailənin üzvləri olan mikroavtobusa (furqon) çırpılıb.
Nəticədə 5 nəfər yerindəcə həyatını itirib, 4 nəfər isə ağır xəsarətlər alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.
"Ölənlər arasında 3 kişi və 2 qadın var", - məlumatda bildirib.
















