Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaja Kallas bəyan edib ki, ABŞ prezidenti Donald Tramp hakimiyyətə gəldikdən sonra Vaşinqtonun beynəlxalq siyasətlə bağlı mövqeyi gözlənilməz olub.
1xeber.media xəbər verir ki, O, bu barədə Britaniyanın “The Economist” jurnalına müsahibəsində bildirib.
Kallas qeyd edib ki, ABŞ Aİ-nin ən böyük müttəfiqidir. O, Vaşinqton nümayəndələri ilə gündəlik işlədiklərini vurğulayıb.
"Təbii ki, biz hər şeylə razılaşmırıq. Əvvəllər mövcud olan proqnozlaşdırıla bilənlik aradan qalxıb. Biz buna öyrəşməliyik", - Avropa diplomatiyasının rəhbəri bildirib.
Bundan əvvəl Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaja Kallas Ukraynanı münaqişənin həlli naminə Donbası Rusiyanın bir hissəsi kimi tanımamağa çağırıb. Bununla belə, o, etiraf edib ki, ərazilərin “geri ələ keçirilməsinin” mümkünsüzlüyü Rusiya tərəfindən hüquqi tanınmasını tələb etmir.















