Azərbaycan və Oman diplomatik, xüsusi və xidməti pasport sahibləri üçün viza rejiminin qarşılıqlı ləğv edilməsi haqqında Saziş imzalayıb.
1xeber.media xəbər verir ki, bu barədə Azərbaycan XİN-in “X” hesabında paylaşım edilib.
“Bu, iki ölkə arasında dostluq əlaqələrinin möhkəmləndirilməsində növbəti addımdır”, - paylaşımda deyilir.
Qeyd edək ki, hər iki ölkə arasında həmçinin konsulluq əməkdaşlığı haqqında Anlaşma Memorandumu da imzalanıb.















