Rusiya qoşunları Ukraynanın enerji infrastrukturuna zərbələr endirib.
1xeber.media xəbər verir ki, bu barədə Ukrayna Energetika məlumat yayıb.
Bildirilir ki, dörd istilik elektrik stansiyası: Lvov vilayətindəki Dobrotvir İES, İvano-Frankivsk vilayətindəki Burştin və Kaluş İES, Vinnitsa vilayətində Ladıjin İES-i zərər çəkib. Məlumata görə, hücum nəticəsində ərazidə yanğın baş verib və kritik enerji infrastrukturuna ziyan dəyib.
















