
ABŞ prezidenti Donald Tramp Çin sədri Si Cinpinlə görüşünün nəticələrini şərh edərək, əldə olunan çoxsaylı razılaşmaları bildirib.
1xeber.media xəbər verir ki, Amerika liderinin bəyanatı Truth Social sosial media platformasında dərc olunub.
"Çin sədri Si Tsinpinlə həqiqətən gözəl görüş keçirdim. Ölkələrimiz arasında böyük hörmət var və bu hörmət yalnız baş verənlərlə güclənəcək. Biz bir çox məsələlərdə razılığa gəldik və digərləri, o cümlədən çox mühüm məsələlər həllinə yaxındır", - Tramp yazıb.
Onun sözlərinə görə, nadir torpaq metallarının tədarükü, Çinin Amerikanın enerji resurslarını alması, ABŞ-a narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizədə Pekinin yardımı, kənd təsərrüfatı ticarətinin inkişafı ilə bağlı razılaşmalar əldə olunub.
Tramp və Si Cinpin arasında görüş oktyabrın 30-da Cənubi Koreyanın Busan şəhərində baş tutub. Amerika lideri qeyd edib ki, danışıqlar çox gözəl keçib və onları “10-dan 12” qiymətləndirib. Tramp həmçinin Xi Jinping-i “çox güclü ölkənin böyük lideri” adlandırıb.
















