Belarus tərəfi Vilnüs tərəfindən tətbiq edilən sərhəd məhdudiyyətləri ilə bağlı Litvadan rəsmi bildiriş alıb.
1xeber.media xəbər verir ki, Belarus Sərhəd Komitəsi Telegram kanalında sərhədin bağlandığını təsdiqləyib.
“Belarus sərhəd xidməti Litva Daxili İşlər Nazirliyinin Dövlət Sərhəd Xidmətindən Litva Respublikası Hökumətinin 2025-ci il oktyabrın 29-da “Litva Respublikasının Dövlət Sərhədinin Keçidilməsinin məhdudlaşdırılması və dayandırılması haqqında” qərar qəbul etdiyi barədə rəsmi bildiriş alıb”, - deyə məlumatda bildirilir.
Qeyd olunur ki, qətnamə 2025-ci il dekabrın 1-i yerli vaxtla səhər saat 1:00-dək Medininkay sərhəd-keçid məntəqəsindən insanların və nəqliyyat vasitələrinin hərəkətini məhdudlaşdıracaq.
Bundan əvvəl Litva hökuməti Belarusla sərhədi bağlamaq qərarına gəlib. Sonuncu iki sərhəd keçidi Medininkay və Şalçininkay bağlanacaq.
















