İsrail Müdafiə Qüvvələrinin keçmiş hərbi prokuroru İfat Tomer-Yeruşalmi sağ tapılıb.
1xeber.media xəbər verir ki, hərbi prokuror əri ilə birlikdə Təl-Əvivdən 18 kilometr şimalda yerləşən Hod HaŞaron şəhərində olub. O, telefonunu evdə qoyduğundan əlaqə qurmaq mümkün olmayıb.
Qeyd edək ki, İfat Tomer-Yeruşalmi 31 oktyabrda baş hərbi prokuror vəzifəsindən istefa verib. Onun yaxın günlərdə Sde Teiman həbsxanasındakı video sızmasında əsas şübhəli kimi dindirilməsi planlaşdırılır.
















