Əfqanıstanın şimalında baş verən zəlzələ nəticəsində ölənlərin sayı 20-dən çox olmaqla, 534-ə çatıb.
1xeber.media xəbər verir ki, bu barədə noyabrın 3-də ölkənin Səhiyyə Nazirliyinin sözçüsü Şərafət Zaman Amarkheil məlumat verib.
"Samanqan və Bəlxdə baş verən zəlzələ nəticəsində 20-dən çox insan həlak olub, 534 nəfər yaralanıb. Hadisə yerində tibb briqadalarıdır", - o, sosial media saytında X (keçmiş Twitter) yazıb.
Nazirlik sözçüsü əlavə edib ki, məlumatlar yekun deyil və ölənlərin sayı arta bilər. Ətrafdakı bütün xəstəxanalar yaralıları qəbul etmək üçün tam hazır vəziyyətdədir.

















