Valensiya muxtar icmasının prezidenti Karlos Mason 2024-cü ilin payızında baş verən daşqınlarla mübarizədə səriştəsizlikdə ittiham olunduqdan sonra istefa verib.
1xeber.media xəbər verir ki, bu barədə noyabrın 3-də The Guardian məlumat yayıb.
Məqalədə deyilir: “İspaniyanın şərqindəki Valensiya bölgəsinin çətin vəziyyətə düşmüş prezidenti Karlos Mason bir il əvvəl bölgədə 229 nəfərin ölümünə səbəb olan ölümcül daşqınlarla bağlı səriştəsiz davrandığına görə ictimai qəzəb və siyasi təzyiqə boyun əydi və istefa verdi”.
Daha əvvəl bildirilmişdi ki, Masonun istefa verməkdən inadla imtina etməsi Valensiyada bir sıra kütləvi nümayişlərə səbəb olub. Son sorğu Valensiyalıların 75%-nin Masonun istefaya getməli olduğuna inandığını göstərib.

















