Bir neçə ildir ki, ölkənin təhsil sistemi bir qrup özündən müştəbeh və yarıtmaz adamların əlindədir.
1xeber.media xəbər verir ki,bu barədə jurnalist Samir Feyruzov özünün facebook səhifəsində paylaşım edib.
Jurnalist qeyd edib ki: "Deməli, aprelin 29-da Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov İmişlidə vətəndaş qəbulu keçirib. Qəbulda Beyləqan, İmişli, Saatlı və Sabirabad sakinləri iştirak ediblər.
Bəs, bu 4 rayondan neçə nəfər qəbula yazıla bilib? Cəmi 16 nəfər! Tərifləmək üçün də əlavə olaraq, ordan-burdan 15 nəfər gətiriblər və say olub 31!
Halbuki, bu 4 rayonun ümumilikdə əhalisinin sayı təxminən 550 min nəfərdir. Beyləqan, Saatlı, İmişli və Sabirabad rayonları sosial vəziyyətin və təhsilin ən bərbad durumda olduğu rayonlar içərisində ilk yerdə qərarlaşıb. Demək olar ki, bu rayonların təhsil sistemindəki özbaşınalıqlarla bağlı ay ərzində yüzlərlə şikayətlər ictimailəşir. Axı 31 nəfər hardan çıxdı? Məntiq yoxdur."

















