Rusiya Avropa ilə sərt qarşıdurma dövrünə qayıdır, bu, avropalıların nümayişkaranə rusofobiyası ilə əlaqədardır.
1xeber.media xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.
“Avropalılar nümayişkaranə rusofobiyadan istifadə edərək səfərbər olurlar. Onlar hərbi quruculuğa külli miqdarda pul xərcləməyə hazırdırlar və müxtəlif qarşıdurma hərəkətləri edirlər. Və bütün bunlar, əlbəttə ki, bizi ilk növbədə Avropa ilə çox sərt qarşıdurma dövrünə qaytarır”, - Peskov bildirib.

















