Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvü, səs rejissoru Rasim Mehdizadə 51 yaşında dünyasını dəyişib.
1xeber.media xəbər verir ki, bu barədə AKİ məlumat yayıb.
Qeyd edək ki, Rasim Mehdizadə aktrisa Günəş Mehdizadənin həyat yoldaşı idi. Onlar 2008-ci ildə ailə həyatı qurub, 2 övladı var.
41 yaşlı aktrisa “Vətəndaş A” serialındakı Almaz obrazı ilə məşhurlaşıb

















