Slovakiyanın Baş naziri Robert Fitso mayın 9-da Moskvada keçirilməsi planlaşdırılan paradda iştirak etməyəcək.
1xeber.media SME portalına istinadən xəbər verir ki, bu barədə Robert Fitso özü bildirib.
“Mən hərbi paradda iştirak etmək niyyətində deyiləm”, - R.Fitso deyib.
Xatırladaq ki, daha əvvəl Slovakiya Baş nazirinin paradda iştirak etmək üçün Moskvaya səfər edəcəyi bildirilirdi.

















