ABŞ Prezidenti Donald Trampa Hörmüz boğazında “Azadlıq layihəsi” əməliyyatının dayandırılması ilə bağlı vaxtında verdiyi qərar və göstərdiyi cəsarətli liderliyə görə minnətdaram.
1xeber.media xəbər verir ki, bunu Pakistanın Baş naziri Şahbaz Şərif özünün X səhifəsində yazıb.
“Prezident Trampın Pakistan və digər qardaş ölkələrin, xüsusilə Səudiyyə Ərəbistanı Krallığının, eləcə də əziz qardaşım, Səudiyyə Ərəbistanının Vəliəhdi və Baş naziri Zati-aliləri Şahzadə Məhəmməd bin Salmanın müraciətinə göstərdiyi müsbət münasibət bu həssas dövrdə regionda sülhün, sabitliyin və barışığın möhkəmlənməsinə böyük töhfə verəcək”, - o bildirib.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazında "Azadlıq layihəsi"nin dayandırıldığını elan edib.
















