İran ABŞ-ın təklifini nəzərdən keçirir.
1xeber.media xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai deyib.
O bildirib ki, İran hazırda ABŞ-ın bir səhifə və 14 maddəlik sülh təklifini dəyərləndirir.
Qeyd edək ki, daha əvvəl Vaşinqtonun qarşıdakı 48 saat ərzində bir neçə əsas məsələ ilə bağlı Tehrandan cavab gözləməsi barədə məlumat yayılıb.
















