Diasporla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri Nazim İbrahimov öz “Facebook” səhifəsində maraqlı paylaşım edib.
1xeber.media xəbər verir ki, o, “Naxçıvan əyalətinin və Ordubad dairəsinin kameral təsviri” kitabında yer alan Babək rayonunun Nehrəm qəsəbəsinin müxtəlif illər üzrə təsərrüfat vəziyyəti ilə bağlı sənədi ictimailəşdirib.
Sənəddə həmin dövrdə kənd olan Nehrəm əhalisinin məşğuliyyəti, burada yaşayan ailələr və infrastrukturla bağlı məlumatlar əks olunub. pizza mizza
N.İbrahimov sənədi “Bizim ailə 1831-1886” qeydi ilə paylaşıb.
Xatırladaq ki, N.İbrahimov 2002-2018-ci illərdə Diasporla İş üzrə Dövlət Komitəsinin sədri vəzifəsində çalışıb.


















