Ukrayna müharibənin 1534-cü günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib.
1xeber.media xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb.
Məlumata əsasən, Rusiya indiyə qədər 1 338 060 hərbçi, 11 918 ədəd tank, 24 521 ədəd zirehli döyüş maşını, 41 539 ədəd artilleriya sistemi, 1 776 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 1 365 hava hücumundan müdafiə sistemi, 435 ədəd hərbi təyyarə, 352 ədəd helikopter, 1336 ədəd yerüstü robot-texnika kompleksi, 94 545 ədəd avtomobil texnikası, 277 912 ədəd PUA, 4 585 qanadlı raket, 33 gəmi/kater, 2 sualtı qayıq, 4 172 xüsusi avadanlıq itirib.

















