Azərbaycan Beynəlxalq Bankı ASC (ABB) Özbəkistanın özəl bankını - "Davr Bank"ı alaraq, həmin ölkədə fəaliyyət göstərəcək.
1xeber.media xəbər verir ki, bunu Azərbaycan Beynəlxalq Bankı ASCnin İdarə Heyətinin sədri Abbas İbrahimov bugünkü mətbuat konfransında bildirib.
“Özbəkistan bazarında özəl bankın nəzarət səhm paketinin əldə olunması ilə bağlı danışıqlarımız yekunlaşıb. İnanırıq ki, rəsmiləşdirmə prosesləri sürətlə tamamlanacaq və ABB Özbəkistanda "ABB Davr Bank" adı ilə təmsil olunacaq”, - o qeyd edib.

















