Çin Xalq Respublikası bu il Moskvada keçiriləcək 9 May qələbə paradında rəsmi nümayəndə heyəti ilə təmsil olunmayacaq.
1xeber.media Musavat.com-a istinadən xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin rəsmisi Lin Tszyan bəyanat yayıb.
Bəyanatda bildirilir ki, tədbirdə yalnız Çinin Rusiyadakı səfirliyinin əməkdaşları iştirak edəcəklər.
Rəsmi Pekin Moskvaya xüsusi hökumət nümayəndə heyəti göndərməkdən imtina edib.
Qeyd edək ki, ötən il Moskvada keçirilən paradda Çin lideri Si Szinpin şəxsən iştirak etmişdi.
Həmin vaxt Kreml tədbirə 30-a yaxın ölkənin liderini toplamağa nail olmuşdu. Bu il isə Çinin iştirak səviyyəsini aşağı salması diplomatik dairələrdə diqqət çəkən məqamlardan biridir.

















