Biz təhlükəsizlik modelimizi təklif edirik: müasir və döyüşə hazır ordu, güclü lider və güclü müttəfiq.
1xeber.media xəbər verir ki, bu sözləri “Ermənistan” blokunun baş nazirliyə namizədi Robert Köçəryan 8 mayda Eçmiədzində seçki kampaniyası çərçivəsində keçirdiyi mitinqdə bildirib.
“Bəşəriyyət hələ başqa bir model ortaya qoymayıb. Bizi müharibə ilə təhdid edirlər, amma sadə bir həqiqət var: təcavüzkar qələbə şanslarının çox yüksək olduğuna əmin olduqda müharibəyə başlayır. Əks halda, heç bir ölkə müharibəyə başlamaz.
Biz sülh üçün çalışırıq, amma sülh davamlı, zəmanətli və zəmanətçiləri ilə olmalıdır. Sülh bir nəfərin şıltaqlığından asılı ola bilməz. Bu, sülh deyil, rüsvayçılıqdır və biz buna imkan verməyəcəyik”, - deyə Köçəryan vurğulayıb.

















