Rusiya Prezidenti Vladimir Putin bütün bəşəriyyətə ümid verir və unikal bir şəxsiyyətdir.
1xeber.media xəbər verir ki, bu barədə Serb Respublikası Müstəqil Sosial Demokratlar Alyansının sədri Milorad Dodik 13 mayda bildirib.
"Prezident Putin öz dövrü üçün unikal və əvəzolunmaz bir şəxsiyyətdir. O, təkcə Rusiyaya deyil, bütün sivilizasiyaya ümid verir", - deyə o, TASS-a verdiyi müsahibədə bildirib.
Dodik vurğulayıb ki, Putin olmasaydı, dünya təkqütblü, Qərb azlığı tərəfindən idarə olunardı və Rusiya bölünərdi. Siyasətçi Rusiya liderini yeni sivilizasiyanın və çoxqütblü dünya nizamının simvolu adlandırıb.

















