1xeber.media xəbər verir ki, ABŞ prezidenti Donald Tramp İranın uranın zərbələrə məruz qalan ərazilərdən çıxarılması tələbinin təhlükəsizlik səbəblərindən daha çox təbliğat məqsədi daşıdığını bildirib.
"Əslində, İran uranına sahib olsaydım, özümü daha yaxşı hiss edərdim... Amma düşünürəm ki, bu, hər şeydən daha çox təbliğat məsələsidir", - deyə Amerika lideri bildirib.
Eyni zamanda, Ağ Ev rəhbəri ABŞ-ın kameralar və digər kəşfiyyat avadanlıqlarından istifadə edərək İranın üç obyektini daim izlədiyini vurğulayıb.
Lakin Tramp nüvə obyektlərinin təkrar bombalanması ehtimalını da dilə gətirib. "Biz oraya sadəcə bir neçə bomba atacağıq və bu qədər", - deyə o bildirib.
Daha əvvəl ABŞ prezidenti Çin prezidenti Si Cinpinin İran məsələsində kömək təklif etdiyini bildirib. "O, 'Kömək edə biləcəyim bir şey varsa, bunu etmək istərdim' dedi", - deyə Ağ Ev rəhbəri bildirib.

















