ABŞ-ın NATO-dan çıxması özünün də maraqlarına uyğun deyil.
1xeber.media xəbər verir ki, bunu Almaniyanın keçmiş kansleri Angela Merkel deyib.
"Bu, Avropanın maraqlarına uyğun deyil və tam şəkildə inanıram ki, Amerikanın da maraqlarına ziddir. Artan qlobal çağırışlar fonunda ölkə təkbaşına problemlərin öhdəsindən gələ bilməz", - deyə Merkel bildirib.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp İranla müharibədə blokun yardım etmədiyini və bu səbəbdən ölkəsinin alyansdan çıxması barədə düşünəcəyini söyləmişdi.

















