"Bakı Metropoliteni" QSC-nin sədri Vüsal Aslanova təşəkkür edirəm, hökumətin şəhərsalma siyasətini bir cümlə ilə kəskin tənqid edib, bütün problemləri bir neçə sözdən ibarət bitmiş bir fikrə sığdıra bilib. Adam haqlıdır, əhalisi 4 milyon olan meqapolisdə azı 10 “cazibə zonaları” formalaşmalı, şəhərin müxtəlif bölgələrinin öz “mərkəzi” olmalıdır.
1xeber.media bildirir ki, bunu iqtisadçı Natiq Cəfərli deyib.
“Vüsal Aslanovun kəskin və haqlı tənqid etdiyi məsələ də budur: deyir ki, belə də şəhər olar?! Bakı niyə 10-15 kvadratkilometr mərkəzdən ibarət olmalıdır ki?! Hökumət “Bakı” deyəndə həmin 10-15 kvadratkilometr ərazini nəzərdə tutur, onlar üçün Bakı, hardasa, “Ağ Şəhərdə”, Xətai metrosu tərəfdə başlayır, Sahil metrosuna qədər davam edib, Bayılda, Bayraq meydanında bitir. Dərnəgül, günəşli, Əhmədli, Qaraçuxur niyə özünü şəhər saymalıdır ki?! Düz deyir də Vüsal müəllim, kasıb-kusub yaşayan yerlər nə vaxtdan şəhər olub, onların 10-15 kvadratkilometr qlamur mərkəzdə nə işi var axı, niyə mənzərəni pozmalıdırlar ki?! Vüsal müəllimin növbəti təklifi, yəqin ki, sadaladığı məkanlarda “getto”ların yaranması ola bilər. Bəs nə, bu qədər tənqidçi bir kadrdan yeni təkliflər gözləyirik...” – o qeyd edib.

















