Gəncə Şəhər Psixiatriya Xəstəxanası növbəti yanacaq satınalmasını yekunlaşdırıb.
1xeber.media 32gun.az-a istinadla xəbər verir ki, Xəstəxana rəhbərliyi qanunvericiliyin "Bir mənbədən" satınalma metoduna uyğun olaraq ölkənin ən böyük yanacaqdoldurma məntəqələri şəbəkələrindən birinə malik olan "Azpetrol LTD" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə rəsmi saziş bağlayıb.
Tibb ocağının xidməti ehtiyacları üçün nəzərdə tutulan yanacaq tədarükünü əhatə edən bu satınalma müqaviləsinin ümumi maliyyə dəyəri isə 2.500 AZN təşkil edir.

















