1xeber.media xəbər verir ki, Malta dünyada vətəndaşlara ChatGPT Plus neyroşəbəkəsinə pulsuz giriş imkanı verən ilk ölkə olub.
Qeyd olunur ki, neyroşəbəkəyə pulsuz girişin təmin ediləcəyi "Hamı üçün Süni İntellekt" layihəsinin birinci mərhələsi may ayında başlayacaq.
"Hamı üçün Süni İntellekt" kursu sayəsində hər bir vətəndaşın, mənşəyindən asılı olmayaraq, rəqəmsal dünyada inkişaf etmək üçün lazım olan özünəinam və bacarıqları qazanmaq imkanına malik olacağına zəmanət veririk", - deyə Şembri bildirib.
Daha əvvəl ABŞ prezidenti Donald Tramp ölkədə süni intellekt (Sİ) infrastrukturuna 500 milyard dollar sərmayə qoyan bir şirkətin yaradıldığını elan etmişdi.

















