ABŞ Prezidenti Donald Tramp və Çin lideri Si Szinpin arasında keçirilən zirvə görüşü olduqca sakit və mehriban bir atmosferdə keçsə də, diplomatik nəzakətin arxasında dərin ziddiyyətlər və ABŞ ilə Çin arasında qlobal liderlik uğrunda mübarizə dayanırdı.
1xeber.media xəbər verir ki, bu barədə “Le Monde” nəşri məqalə dərc edib.
Nəşr qeyd edir ki, Pekin bu görüşdən Tramp administrasiyası ilə bağlı xarici siyasi böhranlar fonunda Çinin indi daha sabit və proqnozlaşdırıla bilən bir qüvvə kimi göründüyünü dünyaya nümayiş etdirmək üçün istifadə edib:
“Bu, xüsusilə Pekinin Vaşinqtonun xaotik siyasətinin nümunəsi kimi gördüyü ABŞ-İran münaqişəsi fonunda nəzərə çarpır. Çin hakimiyyəti faktiki olaraq bu vəziyyətdən istifadə edərək dünya siyasətində özünün “sabitlik adası” imicini gücləndirməyə çalışıb”.
Nəşrin bildirdiyinə görə, danışıqlardan sonra Tramp ticarət razılaşmalarını və gələcək müqavilələr barədə açıqlama verib. Lakin avropalı analitiklər heç bir real irəliləyişin əldə edilmədiyini və əksər bəyanatların sadəcə siyasi vədlər olaraq qaldığını düşünürlər.

















