NATO-nun Baş katibi Mark Rutte Brüsseldə keçiriləcək görüşdə Avropa müdafiə şirkətləri və qurumlarına təzyiq göstərərək, ABŞ Prezidenti Donald Trampı razı salmaq üçün regionda müdafiə istehsalını artırmağa çağıracaq.
1xeber.media xəbər verir ki, bu barədə “Faynənşl Tayms” qəzeti məlumat yayıb.
“Baş katib alyansın müdafiə potensialına olan tələbatını qarşılamaq üçün istehsalın, innovasiyaların və investisiyaların artırılmasını stimullaşdırmaq məqsədilə sənaye və maliyyə qurumlarının nümayəndələri ilə mütəmadi olaraq görüşür”, - deyə NATO nümayəndəsinin sözlərini nəşr sitat gətirib.
Qəzetin məlumatına görə, NATO Avropa sənayesinin Vaşinqtonun müdafiə xərclərinin artırılması tələblərini yerinə yetirməsinə kömək etməsində maraqlıdır. Məqsəd isə Trampın müttəfiqlərin ABŞ-ı Yaxın Şərqdəki münaqişədə kifayət qədər dəstəkləmədiyi ilə bağlı qəzəbini yumşaltmaqdır.

















