İndoneziya ümid edir ki, WUF13 Yeni Şəhər İnkişafı Proqramının həyata keçirilməsi istiqamətində birgə səylərə təkan verəcək.
1xeber.media xəbər verir ki, bu bəyanatla İndoneziyanın Azərbaycandakı səfiri Berlian Helmi Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən nazirlərin dəyirmi masasında çıxış edib.
"İndoneziya layiqli və əlçatan mənzilə daha geniş çıxışın təmin edilməsində, dayanıqlı və aşağı karbonlu infrastruktura sərmayə qoyulmasında, çoxsəviyyəli idarəetmənin və tərəfdaşlıq əlaqələrinin gücləndirilməsində, eləcə də innovativ yanaşmaların yayılmasında və şəhərlərlə dövlətlər arasında təcrübə mübadiləsində birgə fəaliyyətlərin prioritetlərini müəyyən edir. Biz milli urbanizasiya forumlarının təşkilinə yardım edirik və maraq göstərən iştirakçılara bir-birinin təcrübəsini mənimsəməyə imkan verən Cənub-Cənub xətti üzrə əməkdaşlığa, eləcə də üçtərəfli qarşılıqlı əlaqələrə dəstək göstəririk.
Biz Yeni Şəhər İnkişafı Proqramının həyata keçirilməsi üzrə ümumi səylərimizi irəli aparmağa imkan verəcək məhsuldar və zəngin WUF13-ə ümid edirik", - diplomat vurğulayıb.

















