Türkiyənin keçmiş xarici işlər naziri Mövlud Çavuşoğlunun qardaşı Aydın Çavuşoğlu vəfat edib.
1xeber.media xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Məlumata görə, xəstəxanada ağır vəziyyətdə olan və 12 gündür reanimasiyada qalan Çavuşoğlu həkimlərin bütün səylərinə baxmayaraq keçinib.
İş adamı Aydın Çavuşoğlu mayın 6-da ofisində güllələnmiş vəziyyətdə tapılmışdı. Xəstəxanaya qaldırılan Çavuşoğlu əməliyyat olunaraq, reanimasiyaya yerləşdirilmişdi.
















