Gürcüstanın Baş naziri İrakli Kobaxidze bu gün Azərbaycan Prezidenti İlham Əliyevlə görüşün nəticələrinə əsasən Azərbaycanla enerji sahəsində imzalanan sazişlərin əhəmiyyətindən danışıb.
1xeber.media report-a istinadla xəbər verir ki,, İ.Kobaxidze bu barədə sosial şəbəkə hesablarında yazıb.
"Azərbaycanla həm elektrik enerjisinin idxalı, həm də tranzit sahəsində çox mühüm saziş bağlanıb", - İ.Kobaxidze yazıb. O, həmçinin Bakı-Tbilisi-Supsa neft kəmərinə dair sazişin əhəmiyyətini vurğulayıb. "Bakı-Tbilisi-Supsa neft kəməri ilə bağlı saziş mühüm əhəmiyyət kəsb edir, onun əsasında ölkə hər il on milyonlarla (tranzitə görə dollar - red.) gəlir əldə edəcək".
















