NATO-ya üzv altı ölkənin dəniz qüvvələri Qara dənizdə “Opex-26” dəniz dronları ilə beynəlxalq təlimlər keçirir.
1xeber.media xəbər verir ki, bu barədə Rumıniya Hərbi Dəniz Qüvvələrinin qərargahı məlumat yayıb.
“Dəniz dronlarının sınaqdan keçirilməsinə yönəlmiş beynəlxalq manevrlər 18-29 may tarixlərində Manqaliya hərbi limanında və Qara dənizin bir neçə ərazisində keçirilir. Təlimdə Bolqarıstan, Kanada, Portuqaliya, Rumıniya, ABŞ və Türkiyə, eləcə də mülki dəniz dron istehsalçılarının nümayəndələri iştirak edir”, - məlumatda deyilib.
















