Rusiyanın Yaroslavl şəhərinə kütləvi PUA hücumu edilib.
1xeber.media xəbər verir ki, bu barədə Yaroslavl qubernatoru Mixail Yevrayev məlumat yayıb.
Onun sözlərin görə, PUA-ların əksəriyyəti vurulsa da, onlardan biri sənaye müəssisəsinə düşüb və yanğın başlayıb. Yevrayev hansı obyektə ziyan dəydiyi barədə məlumat verməyib. Yerli Teleqram kanalları “Yaroslavl-3” neft-nasos stansiyasının vurulduğunu yazıblar.
Xəsarət alanların olmadığı bildirilib.
Hücum səbəbindən Yaroslavldan Moskva istiqamətinə gedən yolda nəqliyyatın hərəkəti müvəqqəti olaraq bağlanıb. Sakinlərdən həmin istiqamətdə hərəkət etməmək və ya alternativ yollar seçmək xahiş olunub.
















