Serbiya Prezidenti Aleksandr Vuçiç Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Trampdan sonra 24-28 may tarixlərində Çin Xalq Respublikasına (ÇXR) səfər edəcək.
1xeber.media xəbər verir ki, bu barədə Euronews Serbiya liderinin mətbuat xidmətinə istinadən məlumat yayıb.
Vuçiç Çin Prezidenti Si Cinpinin dəvəti ilə Pekinə səfər edəcək. Səfər çərçivəsində yüksək səviyyəli ikitərəfli danışıqlar planlaşdırılır.
Putin daha əvvəl Si Cinpinlə danışıqlarının dostcasına və məzmunlu olduğunu bildirmişdi. O, Rusiya və Çinin həm ikitərəfli, həm də beynəlxalq səviyyədə əməkdaşlığı inkişaf etdirməyə davam edəcəyini qeyd edib.
Rusiya lideri həmçinin iki ölkə arasındakı münasibətlərin dəfələrlə möhkəmlik və dözümlülük baxımından sınaqdan keçirildiyini vurğulayıb.
















