Zəngəzur dəhlizinin yaradılması və nəqliyyat infrastrukturunun inkişafı Azərbaycan vasitəsilə yükdaşımaların həcmini ildə təxminən 50 milyon ton artıra bilər.
1xeber.media xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında xüsusi nümayəndəsi Vahid Hacıyev Bakıda WUF13 çərçivəsində "Dirçəliş və urbisid: davamlı şəhər inkişafı və dayanıqlı icmalar" mövzusuna həsr olunmuş tədbirdə çıxışı zamanı bildirib.
















