Mayın 26-dan fəaliyyətə başlayacaq Bakı-Tbilisi-Bakı marşrutu üzrə qatarlarda plaskart tipli vaqonlar olmayacaq.
1xeber.media xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-dən (ADY) məlumat verilib.
Bildirilib ki, sərnişinlərə komfort, komfort+ və lüks sinifləri üzrə xidmət təqdim olunacaq.
Qeyd edək ki, qatarlar yataq tipli vaqonlardan ibarət olacaq. Bakı-Tbilisi-Bakı marşrutu üzrə səyahət tarifləri isə Bakı-Tbilisi: 81 AZN-dən, Yevlax-Tbilisi: 67 AZN-dən, Gəncə-Tbilisi: 62 AZN-dən, Ağstafa-Tbilisi: 57 AZN-dən, Böyük Kəsik-Qardabani: 51 AZN-dən başlayır.
Xatırladaq ki, ilkin razılaşmaya əsasən, qatarlar hər gün Bakıdan saat 23:10-da yola düşəcək və növbəti gün saat 08:41-də Tblisiyə çatacaq, Tbilisidən isə saat 21:00-da yola düşməklə növbəti gün Bakıya saat 06:24-də çatacaq.
















