COP29-dan sonra WUF13-ün Azərbaycanda keçirilməsi ölkəyə göstərilən etimadın nəticəsidir.
1xeber.media xəbər verir ki, bu barədə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin İdarə Heyətinin sədri Aygün Əliyeva WUF13 çərçivəsində təşkil olunan Vətəndaş Cəmiyyəti və Yerli Təşəbbüs Təşkilatlarının Dəyirmi Masasında deyib.
O bildirib ki, bu gün Bakı çox böyük tədbirə ev sahibliyi edir:
"Şəhərlər təkcə infrastruktur deyil, həm də sülh deməkdir. Azərbaycanın bu forumu keçirməsi təsadüfi deyil. COP29-dan sonra bu tədbirin təşkili Azərbaycana göstərilən etimadın nəticəsidir. Bizim ölkə postmünaqişədən sonra yenidənqurma işləri həyata keçirir. Müasir ekosistemlər qurulur. Yenidənqurma işləri sadəcə infrastruktur deyil, bu, həm də insanların gələcəyə olan ümidlərini bərpa etməkdir. Burada icmaların rolu çox böyükdür".
















