“Savalan Muzey Kompleksi” restoranda baş vermiş yanğınla bağlı açıqlama yayıb.
1xeber.media xəbər verir ki, açıqlamada deyilir:
“20.05.2026-ci il tarixində saat 20:30 radələrində “Savalan Muzey Kompleksi”nin restoranında yanğın hadisəsi baş verib. Yanğına Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidməti tərəfindən operativ müdaxilə olunub, yanğın söndürülüb və ətraf ərazilərə yayılmasının qarşısı alınıb.
Xoşbəxtlikdən hadisə zamanı insan tələfatı qeydə alınmayıb. Muzeyin özü və eksponatları, o cümlədən dünyanın ən böyük palıd çəlləyi zərər görməyib.
Hazırda Savalan Şərabçılıq müəssisəsi istehsalat prosesini standart rejimdə davam etdirir. Şərab Muzeyi müvəqqəti olaraq fəaliyyətini dayandırsa da, şərab turları üzrə xidmətlər davam etməkdədir.
Baş vermiş hadisə ilə bağlı rəsmi açıqlama müəssisənin direktoru Əjdər Şəfizadə tərəfindən verilib. Bildirilib ki, vəziyyət tam nəzarət altındadır və müəssisə fəaliyyətini davam etdirir”.
















