Ukrayna ordusu Luqanskın Starobelsk şəhərində kollecin yataqxanasına dronla zərbə endirib.
1xeber.media xəbər verir ki, zərbə nəticəsində yataqxanın bir korpusu dağılıb.
Dağıntılar altında 18 nəfərin qaldığı bildirilib. Rusiya Fövqəladə Hallar Nazirliyinin xilasediciləri dağıntılar altından bir nəfərin meyitinin çıxarıldığını açıqlayıb.
Dron zərbəsi endirilərkən yataqxanada 14 yaşdan 18 yaşa qədər 86 nəfərin olduğu bildirilib.

















