Çexiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Karel Rjeka Rusiyanın Aİ üçün təhdid olduğunu və buna görə də Avropa ölkələrinin müharibəyə hazırlaşmalı olduğunu bildirib.
1xeber.media xəbər verir ki, o, bu barədə "Politico"ya danışıb.
"Rusiya təhdiddir və bizim üçün ən böyük təhlükə yaradır. Və bu, mahiyyət etibarilə bir şey deməkdir: müharibəyə hazırlaşmağa başlamaq", - deyə rəsmi bildirib.
Rjeka əlavə edib ki, Ukraynaya yardım göstərilməsi Avropanın "həyati maraqlarına" uyğundur.
Bundan əvvəl NATO-nun baş katibi Mark Rutte də Rusiyanın müdafiə sənayesinin inkişafında "böyük uğurları" ilə bağlı narahatlığını bildirmişdi.

















