Bu gün ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə aprelin 26-da keçirilən buraxılış imtahanının nəticələri elan olunub.
1xeber.media-nın məlumatına görə, imtahan iştirakçıları arasında 4 nəfər 300 bal toplamaqla ən yüksək nəticəni göstərib.
Həmin şagirdlərin adlarını təqdim edirik:
- Bakı şəhəri, Bakı türk liseyində təhsil alan (Türkiyə Dəyanət Vəqfi) Ayişə Mirzəxan qızı Mirzəzadə;
- Sumqayıt şəhəri, Təbiət elmləri təmayüllü gimnaziyasında təhsil alan Abdullah Elman oğlu Emin;
- Naxçıvan şəhəri, M.C.Cəfərov adına 14 saylı tam orta məktəbdə təhsil alan Əli Nazim oğlu Cəfərli;
- Abşeron rayonu, Qobu qəsəbəsi, Q.Xalıqov adına 1 saylı tam orta məktəbdə təhsil alan Gülay Ruslan qızı Abdullayeva.
















