ABŞ Dövlət katibi Marko Rubio Amerika Birləşmiş Ştatları adından Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə təbrik edib.
1xeber.media xəbər verir ki, bu barədə Dövlət Departamentinin Rubionun adından yaydığı bəyanatda deyilir.
“Son bir il ərzində münasibətlərimiz Strateji Tərəfdaşlıq səviyyəsinə qalxıb və bu, vitse-prezident Cey. Di. Vens və Prezident İlham Əliyevin Bakıda Strateji Tərəfdaşlıq Xartiyasını imzalaması ilə başa çatıb. Regional, iqtisadi əlaqələri və təhlükəsizlik sahəsində əməkdaşlığı genişləndirməklə tərəfdaşlığımızı daha da inkişaf etdirməyi səbirsizliklə gözləyirik. Amerika Birləşmiş Ştatları Azərbaycanın Cənubi Qafqazda davamlı sülhə sadiqliyini alqışlayır və bu səylər üzrə əməkdaşlığımızı davam etdirməyi səbirsizliklə gözləyir. Növbəti il və gələcəkdə tərəfdaşlığımızı dərinləşdirməyi səbirsizliklə gözləyirik”, - deyə Rubio əlavə edib.















