“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC (AzTV) “Retro” verilişi üzrə xidmətlərə görə Salayev Ayaz Rüstəm oğluna (VÖEN – 1401847052) 720 manat, “Zaman maşını” verilişində layihə üzrə aparıcı xidmətinə görə Əliyeva Firuzə İsmayıl qızına (VÖEN – 1302758932) 10 min 200 manat ödəniş edəcək.
1xeber.media xəbər verir ki, bu məqsədlə AzTV Ayaz Salayev və Firuzə Əliyeva ilə satınalma müqavilələri imzalayıb.
Qeyd edək ki, Ayaz Salayev ilə imzalanan müqavilə 7 həftə (13.05.2026 – 30.06.2026), Firuzə Əliyeva ilə imzalanan müqavilə isə təxminən 19 həftə (20.04.2026 – 31.08.2026) müddətində qüvvədə olacaq.
Məlumat üçün bildirək ki, satınalma müqavilələrində adı keçən verilişlər həftədə bir dəfə “Mədəniyyət TV” kanalında yayımlanır.
Onu da bildirək ki, müqavilədə verilişin adı “Zaman maşını” olaraq qeyd olunsa da, “Mədəniyyət TV”də yayımlanan verilişin adı “Zaman sükanı”dır.















