2026-cı il iyunun 6-da Azərbaycan Respublikası Vəkillər Kollegiyasının (VK) Rəyasət Heyətinin növbəti iclası keçirilib.
1xeber.media xəbər verir ki, bu barədə VK məlumat yayıb.
Kollegiyanın sədri Anar Bağırov Rəyasət Heyətinin cari fəaliyyəti, son dövrdə həyata keçirilmiş tədbirlər və qarşıda duran vəzifələr barədə ətraflı məlumat verib.
Daha sonra gündəliyə uyğun olaraq bəzi vəkillərin dövlət qulluğunda fəaliyyətinə xitam verilməsi ilə əlaqədar onların VK-da fəaliyyətinin bərpa edilməsi, dövlət qulluğuna qəbul edilənlərin isə kollegiyada fəaliyyətinin dayandırılmasına qərar verilib.
Həmçinin, digər vəkil qurumlarına keçilməsi, öz arzusu ilə vəkillik fəaliyyətinə xitam verilməsi, eləcə də müəyyən müddətə üzvlük haqqından azad olunması ilə bağlı müraciətlərə baxılıb və müvafiq qərarlar qəbul edilib.
Bundan başqa, iclasda "Fortis" Vəkil Bürosunun təsis edilməsi və bəzi kollegiya üzlərinin vəkil kabineti yaratmaları ilə bağlı müraciətləri müzakirə olunaraq müsbət qərarlar qəbul edilib.
Sonda VK-nın fəaliyyəti ilə bağlı digər cari və əhəmiyyətli məsələlər də müzakirə olunub və zəruri addımlar atılıb.
















