ABŞ Prezidenti Donald Tramp İrana qarşı hərbi əməliyyatların yenidən başlaya biləcəyinə işarə edib.
1xeber.media xəbər verir ki, bu barədə Tramp Viskonsin ştatında fermerlər qarşısında çıxışı zamanı bildirib.
“Biz çox tez gedəcəyik, çünki mən İranda müharibə aparmağa qayıtmalıyam”, - Tramp deyib.
Qeyd edək ki, ABŞ/İsrail 28 fevralda İrana qarşı hərbi əməliyyata başlamışdı. 8 apreldə isə atəşkəs qüvvəyə minib və tərəflər Pakistanın vasitəçiliyi ilə danışıqlar aparırlar.
















