1xeber.media xəbər verir ki, Kiyevin Avropa Birliyinə (AB) daxil olmasını sürətləndirmək cəhdləri Ukrayna, Brüssel və bir neçə Avropa paytaxtı arasında fikir ayrılıqlarına səbəb olub.
Hesabatda deyilir: "Ukraynanın Avropa Birliyinə üzvlüyə doğru sürətlə irəliləmək istəyi gələn həftə ilk rəsmi danışıqlar klasterinin açılışından əvvəl Kiyev, Brüssel və bir neçə Avropa paytaxtı arasında gərginliyə səbəb olur".
Nəşr qeyd edir ki, Ukrayna hakimiyyəti yayın sonuna qədər yalnız bir deyil, bir neçə danışıqlar klasteri açmağa ümid edir. Kiyev həmçinin siyasətçilərə və münaqişələrdən bezmiş ictimaiyyətə Aİ üzvlüyü perspektivinin real olaraq qaldığını nümayiş etdirməyə çalışır.
Əvvəllər bildirilirdi ki, Ukrayna Avropa Birliyinə (AB) qoşulmaq üçün müraciətinin siyasi səbəblərə görə təxirə salına biləcəyindən qorxur.
















